...

Azərbaycanın hakim partiyası NATO PA-da Dağlıq Qarabağla bağlı obyektiv sənədin qəbuluna ümid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Avqust 2011 17:43 (UTC +04:00)
Azərbaycanın hakim partiyası NATO PA-da Dağlıq Qarabağla bağlı obyektiv sənədin qəbul olunacağına ümid edir.
Azərbaycanın hakim partiyası NATO PA-da Dağlıq Qarabağla bağlı obyektiv sənədin qəbuluna ümid edir

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın hakim partiyası NATO PA-da Dağlıq Qarabağla bağlı obyektiv sənədin qəbul olunacağına ümid edir.

"Ümid edirik ki, NATO Parlament Assambleyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv sənəd qəbul olunacaq", - Trend-in məlumatına görə, bu barədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov YAP-ın rəsmi saytına açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti növbəti sessiya zamanı da Qarabağ məsələsini diqqət mərkəzində saxlayacaq. O, digər beynəlxalq təşkilatlar kimi, NATO-nun da Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyib.

"Hələ ötən il bu qurumda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsinin müzakirəsi nəzərdə tutulurdu. Amma 2010-cu ildə Azərbaycanda parlament seçkiləri keçirildiyi üçün biz sənədin müzakirəsinin təxirə salınmasını təklif etdik. Ümumiyyətlə, nümayəndə heyəti olaraq hər zaman bu məsələni, Ermənistanın işğalçılıq siyasətini ifşa etmək məqsədilə lazımi addımlar atırıq", - Novruzov deyib.

Noyabr ayında Rumıniyanın paytaxtı Buxarest şəhərində NATO Parlament Assambleyasının payız sessiyası keçiriləcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti