...

Dağlıq Qarabağın azərbaycanlı icması beynəlxalq təşkilatları Ermənistana təzyiq göstərməməkdə günahlandırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Avqust 2011 12:21 (UTC +04:00)
Dağlıq Qarabağın azərbaycanlı icması beynəlxalq təşkilatları Ermənistana təzyiq göstərməməkdə günahlandırır.
Dağlıq Qarabağın azərbaycanlı icması beynəlxalq təşkilatları Ermənistana təzyiq göstərməməkdə günahlandırır

Azərbaycan, Bakı, 8 avqust /Trend/

Dağlıq Qarabağın azərbaycanlı icması beynəlxalq təşkilatları Ermənistana təzyiq göstərməməkdə günahlandırır.

"Beynəlxalq birlik, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı işğalçı Ermənistana təzyiq göstərməlidirlər. Əgər dünya dövlətləri bu münaqişənin həlli vaxtının çatdığını deyirsə, onda konkret addımlar atılmalıdır", - Trend-in məlumatına görə, hakim Yeni Azərbaycan Partiyasının saytına açıqlamasında "Azərbaycan Respublikası Dağlıq Qarabağ icması" İctimai Birliyinin idarə heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Məmmədov bildirib ki, işğalçı Ermənistan xoşluqla sülhə nail olmaq istəmir. Onun sözlərinə görə, Serj Sarkisyanın son bəyanatları da bunu bir daha təsdiqləyir. Deputat qeyd edib ki, beynəlxalq birlik təcvüzkarı öz adı ilə çağırmasa və sanksiyalar tətbiq etməsə, Sarkisyan hakimiyyətinin sülhə gəlməsi real görünmür.

"Təəssüfləndirici haldır ki, Ermənistan dünyada öz adı ilə çağırılmır. Bu dövlətə işğalçı kimi yanaşanlar xeyli azdır. Əgər bu işğalçı dövlətə qarşı beynəlxalq hüquq əsasında tədbirlər görülsə, onda vəziyyət tamamilə başqa cür olardı. Amma təcavüzkarı öz adı ilə çağırmayınca beynəlxalq birlik Ermənistandan heç bir konstruktiv addım gözləməməlidir", - Məmmədov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti