...

Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Ermənistanın atəşkəs rejimini pozmasını Pan Gi Munun diqqətinə çatdırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Avqust 2011 13:45 (UTC +04:00)
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev təşkilatın baş katibi Pan Gi Munun adına məktub göndərib.
Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Ermənistanın atəşkəs rejimini pozmasını Pan Gi Munun diqqətinə çatdırıb

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev təşkilatın baş katibi Pan Gi Munun adına məktub göndərib. Trend-in məlumatına görə, bu barədə BMT-nin İnformasiya şöbəsinin məlumatında deyilir.

Azərbaycanlı diplomat bu ilin iyulunda qeydə alınan Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasının davam etdiyini BMT baş katibinin diqqətinə çatdırıb.

"14 iyul 2011-ci ildə Ermənistan tərəfindən törədilən bu pozuntular və terror aktları nəticəsində göstərilən dövrdə 13 yaşlı azərbaycanlı qız və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bir zabiti öldürülüb, iki mülki şəxs ciddi yaralanıb", - məktubda deyilir.

Bildirilir ki, Azərbaycanın cəbhəyanı rayonlarında yaşayan mülki şəxslər arasında qurbanların sayının artması Ermənistanın beynəlxalq hüquq və münaqişənin cari nizamlanma prosesi çərçivəsində öz öhdəliklərini yerinə yetirmədiyinin aşkar sübutlarından biridir.

2011-ci il mayın 26-da Dovildə (Fransa) ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya Federasiyası, ABŞ və Fransa prezidentləri qəbul etdikləri birgə bəyanatda digər məqamlarla yanaşı, tərəfləri israrla öz əhalisini müharibəyə deyil, sülhə hazırlamağa çağırıblar. Erməni tərəfi isə bu çağırışa onun üçün son dərəcə xarakterik olan şəkildə cavab verdi.

Məktubda deyildiyi kimi, cəbhə xətti vasitəsilə törədilən Azərbaycanın mülki əhalisinə və mülki obyektlərinə hücumların aktivləşməsi, bu yaxınlarda Ermənistan rəhbərliyinin Azərbaycanın ünvanına düşməncəsinə söylədiyi ifadələrlə yanaşı, Ermənistan Respublikasının prezidenti Serj Sarkisyan bir qədər də uzağa gedərək onun hökumətinin regionda sülhün təmin olunması üçün konstruktiv səylərə qadir olması barədə süni şəkildə yaradılan mifi birdəfəlik olaraq dağıtdı.

"2011-ci il iyulun 25-də Ermənistan dövlətinin başçısı Qara Çiçəkdə (Saxkadzor, Ermənistan) keçirilən Erməni dili, ədəbiyyatı və ermənişünaslıq üzrə 5-ci Ümumerməni Olimpiadasında öz ölkəsinin gənclərinə nəsihət verərək onları region xalqları arasında bundan sonra da nifrət və etimadsızlıq siyasəti yürütməyə çağırıb. İştirakçılardan birinin qonşu Türkiyənin əraziləri hesabına Ermənistan ərazilərinin genişləndirilməsi ilə bağlı sualına cavab verən prezident Sarkisyan bəyan edib ki, belə bir öhdəliyin yerinə yetirilməsi yeni nəslin səylərindən asılıdır və oxşaq misal kimi "vətənin bir hissəsi" adlandırdığı Qarabağın adını çəkib", - məktubda deyilir.

Qeyd edilir ki, başqa sözlə, öz xalqını qonşu xalqlarla dostluq və əməkdaşlıq şəraitində dinc, firavan və sabit gələcəyə hazırlamaq əvəzinə prezident Sarkisyan açıq şəkildə öz ölkəsinin gənclərini və gələcək nəsli yeni müharibəyə və zorakılığa sürükləyir. Maraqlıdır ki, Ermənistan prezidentinin öz avantürist ideyasına inamı onun xalqının "Feniks kimi, daim dirçəldiyi"nə əminliyə əsaslanır.

Məktubda deyilir ki, bununla yanaşı, erməni dövlətinin başçısı öz xalqını və ümumilikdə bütün regionu özünün dağıdıcı siyasi planlarının reallaşması naminə yeni müharibəyə və əzablar uçurumuna sürükləməyi mümkün hesab edir.

Bildirilir ki, prezident Sarkisyan özünün zərərli fikirlərini ifadə etməklə məhdudlaşmayaraq bu fikirləri 2011-ci il iyulun 28-də Yerevanda Polşa prezidenti ilə birgə mətbuat konfrası zamanı da bölüşüb. Bu dəfə o, başqa dövlətin- Azərbaycan Respublikasının suveren ərazisinə aid məsələnin müzakirəsinə daha çox aludə olub. Ermənistan prezidentinin sözlərinə görə, "Dağlıq Qarabağ münaqişəsi... Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmə hüququnun pozulması nəticəsində baş verib" və "Dağlıq Qarabağ xalqının öz taleyinin sahibi olmaq, təhlükəsizliyi üçün zəmanət əldə etmək və öz tarixi torpağında irəliləyişə nail olmaq kimi qanuni hüququna hörmət etmək lazımdır". Bu münaqişə, onun səbəbləri, nəticələri və sülh prosesi haqqındakı bu və digər bəyanatlardakı Ermənistanın dövlət başçısının işlətdiyi hər bir söz, yumşaq desək, xalis uydurmadır.

Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla beynəlxalq birlik etiraf edib ki, Ermənistan bu müharibəni başlayıb, Azərbaycana hücum edərək Dağlıq Qarabağ da daxil olmaqla onun ərazilərini işğal edib, kütləvi etnik təmizləmə aparıb, bu müharibə zamanı başqa çirkin cinayətlər törədib və Azərbaycanın işğal olunmuş ərazilərində etnik əsasda marionet separatçı rejim yaradıb.

Mehdiyevin sözlərinə görə, Azərbaycanın mülki şəxslərinə qarşı törətdiyi dəhşətli vəhşiliklərə görə şəxsən məsuliyyət daşıyan Ermənistan prezidenti gözəl bilməlidir ki, onun düşündüyü "Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etməsi hüququnun" bərpası BMT Təhlükəsizlik Şurası və Baş Assambleya, eləcə də digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən birmənalı olaraq Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı qanunsuz olaraq güc tətbiq edilməsi və BMT nizamnaməsinin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması kimi qiymətləndirilib.

"Bundan başqa, Azərbaycan Respublikası erməni tərəfinin iddialarını - Ermənistan prezidentinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunu "tarixi topraq" və ya "vətən" adlandırması buna aşkar nümunədir - tarixi faktların saxtalaşdırılması və yeganə məqsədi beynəlxalq birliyi çaşdırmaq və zorakılıq metodları ilə həyata keçirilən işğal siyasətinə haqq qazandırmaqdan ibarət olan yalan hesab edir", - məktubda deyilir.

Məktubda qeyd edildiyi kimi, həm Ermənistan ərazisində, həm də Azərbaycanın işğal olunmuş torpaqlarında irimiqyaslı etnik təmizləmələri uğurla həyata keçirən, bununla da bu rayonlarda yalnız monoetnik mədəniyyət yaradan Ermənistan rəhbərliyi əsasını tarixi çaşqınlıq və irqi düşmənçilik təşkil edən işğalçı niyyətlərinin üstünü çoxdan açıb. Öz hərəkətləri ilə regionda sülhün və çiçəklənmənin perspektivlərini sarsıdan Ermənistanın vəzifəli şəxsləri uşaqlar da daxil olmaqla, Azərbaycanın mülki əhalisinə hücum etmək barədə əmrlər verir, ictimai fikri çaşdırır və onların sülh naminə çalışmaq istəmədiklərinə və vəziyyətin geniş miqyasda nəzarətdən çıxmasına çalışdıqlarına heç bir şübhə qoymur.

"Biz Ermənistan rəhbərliyi özünün təxribatçı siyasətinə, Azərbaycan ərazilərinin işğalını dayandıracağına, qonşu dövlətlərə qarşı ərazi iddialarına son qoyacağına və regionun bütün ölkələri ilə sivil münasibətlər quracağına əminik. Azərbaycan Respublikası sülhə, sabitliyə və regionda sərfəli qarşılıqlı əməkdaşlığa alternativin olmadığına səmimi qəlbdən əmindir", - məktubda deyilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti