Azərbaycan, Bakı, 5 sentyabr/Trend/
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 4-də saat 20.05-dən 20.20-dək və sentyabrın 5-də saat 01.10-dan 01.15-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 00.15-dən 00.35-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən:
- saat 05.40-dan 05.50-dək Jəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbayjan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.