Azərbaycan, Bakı, 15 sentyabr /Trend/
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 14-də saat 23.20-dən 23.30-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 18.10-dən 18.20-dək, 22.00-dan 22.05-dək və sentyabrın 15-də saat 02.20-dən 02.40-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Horadiz və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 05.20-dən 05.35-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri altı istiqamətdə atəşkəs rejimini pozub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri altı istiqamətdə atəşkəs rejimini pozub
