Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bu gün Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev çərşənbə axşamı Trend-ə bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Tərtər rayonunun Tərtər-Ağdərə yolundakı təmas xəttində keçirilən monitorinq baş tutub.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus, səhra köməkçisi Xristo Xristov və yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi Vladimir Reznikov, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç, Uilyam Praroy və yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi Maykl O'konnor keçirib.
Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
Bu gün Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
