...

Azərbaycanda ötən ay 4 milyon kvadratmetrə yaxın ərazi minalardan təmizlənib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Oktyabr 2011 12:10 (UTC +04:00)
Sentyabr ayı ərzində 3 988 948 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
Azərbaycanda ötən ay 4 milyon kvadratmetrə yaxın ərazi minalardan təmizlənib

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Sentyabr ayı ərzində 3 988 948 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

726 PHS və 6 ədəd tank, 2 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 480 nəfər minaaxtaran mütəxəssis və 120 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 32 minaaxtaran it iştirak edir.

İndiyədək ümumilikdə 173 652 942 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 663 873-dür.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcəbədi, Bərdə, Füzuli, Goranboy, Göygöl, Qazax, Şəmkir, Tərtər, Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Avqust ayı ərzində 1 mina və PHS hadisəsi qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti