Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir E.Mehdiyev/
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları noyabrın 22-də Azərbaycanda saxlanılan 3 erməni hərbi əsirə və bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər.
Bu barədə Trend-ə BQXK-nın Azərbaycan nümayəndəliyindən məlumat verilib. Məlumata görə, hərbi əsirlər ailələrinə məktub göndəriblər.
Hazırda Azərbaycanda 3 hərbi əsir və 5 mülki Ermənistan vətəndaşı var.
BQXK nümayəndələri Azərbaycanda saxlanılan erməni əsirlərə baş çəkiblər
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları noyabrın 22-də Azərbaycanda saxlanılan 3 erməni hərbi əsirə və bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər