...

İrlandiya ATƏT-in Minsk qrupunun səylərinə tərəfdardır - nazir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Dekabr 2011 13:17 (UTC +04:00)
ATƏT-in növbəti sədri İrlandiya Minsk qrupunun uzunsürən Dağlıq Qarabağ ərazi münaqişəsinin həllində göstərdiyi səylərə tərəfdardır.
İrlandiya ATƏT-in Minsk qrupunun səylərinə tərəfdardır - nazir

Azərbaycan, Bakı, 6 dekabr / Trend, müxbir E.Tariverdiyeva /

ATƏT-in növbəti sədri İrlandiya Minsk qrupunun uzunsürən Dağlıq Qarabağ ərazi münaqişəsinin həllində göstərdiyi səylərə tərəfdardır. Bunu İrlandiyanın Avropa məsələləri üzrə dövlət naziri Lyusinda Krenton Vilnüsdə ATƏT Xarici İşlər Nazirləri Şurasında bildirib. Trend-in məlumatına görə, bu barədə qurumun saytı məlumat verib.

"Nizamlanmaya nail olmaq üçün biz münaqişənin həllində Şimal adasındakı sülh prosesi kontekstində öz təcrübəmizi təklif edirik. Biz gələn il ATƏT MQ ilə sıx əlaqə saxlayacağıq", - Kreyton deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti