...

Azərbaycanın xarici işlər naziri ATƏT-in fəaliyyətdə olan sədri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Dekabr 2011 19:07 (UTC +04:00)
Elmar Məmmədyarov çərşənbə axşamı Vilnüsdə ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalislə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.
Azərbaycanın xarici işlər naziri ATƏT-in fəaliyyətdə olan sədri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Litva, Vilnüs, 6 dekabr /Trend, xüsusi müxbir A.Smirnov/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı Vilnüsdə ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalislə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

Trend-in xüsusi müxbirinin məlumatına görə, görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar.

Məmmədyarov Ajubalisə ATƏT-ə sədrliyi dövründə uğurlu fəaliyyət göstərdiyini bildirib və bu münasibətlə onu təbrik edib.

Ajubalis, öz növbəsində, Azərbaycana ATƏT-in işində fəal iştirak etdiyinə və fəal müzakirələrə öz töhfəsini verdiyinə görə minnətdarlığını bildirib.

Sonra görüş bağlı qapılar arxasında davam etdirilib.

Vilnüsdə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası bu gün işinə başlayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti