...

Cəbhə xəttində gərginlik davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Fevral 2012 09:50 (UTC +04:00)
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.
Cəbhə xəttində gərginlik davam edir

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 12-də saat 09:55-dən 10:00-dək və 17:25-dən 17:30-dək Ağdam rayonunun Yusifcanlı və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən, fevralın 13-də saat 02:30-dan 02:35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti