...

Yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yeni imkanları gözləməyə dəyməz – rusiyalı politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Fevral 2012 16:15 (UTC +04:00)
Yaxın iki ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yeni imkanları gözləməyə dəyməz.
Yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yeni imkanları gözləməyə dəyməz – rusiyalı politoloq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir S.Ağayeva/

Yaxın iki ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yeni imkanları gözləməyə dəyməz. Trend-in məlumatına görə, bunu "Vestnik Kavkaza" Analitik-İnformasiya Agentliyinin baş redaktoru, Lomonosov adına MDU-nun Tarix fakültəsinin dekan müavini Aleksey Vlasov deyib.

Vlasov cümə günü Bakıda jurnalistlərə bildirib ki, indiki şəraitdə yalnız Azərbaycanda və Ermənistanda prezident seçkilərinin başa çatmasından sonra münaqişənin nizamlanmasında "yeni imkanlar pəncərəsi"nin meydana çıxacağını söyləmək olar.

"Üç ölkə prezidentlərinin (Azərbaycan, Rusiya, Ermənistan) Soçidə (yanvarın 23-də) son görüşü protokol xarakteri daşıyırdı. Dmitri Medvedev Azərbaycan və Ermənistan liderləri ilə xudahafizləşdi, onlar isə, hesab edirəm ki, Rusiya rəhbərinə 2008-ci ildən başlayaraq bütün çətinliklərə baxmayaraq Azərbaycanla Ermənistan arasında hansısa kompromisə nail olmaq üçün göstərdiyi səylərə görə təşəkkürlərini bildirdilər", - Vlasov deyib.

Politoloqun fikrincə, münaqişənin nizamlanmasında Rusiyanın rolu haqqında gözləntilər əvvəlcədən şişirdilmişdi. "Rusiyanın 2008-ci ildə Cənubi Osetiyada Gürcüstana qarşı apardığı sülhə məcbur etmə əməliyyatından sonra dialoqa güc yolu ilə deyil, danışıqlar yolu ilə eynilə bu cür vadar etmənin mümkün olduğu görünürdü və 2-3 ildən sonra iş hər halda ölü nöqtədən tərpəndi", - diplomat qeyd edib.

Onun sözlərinə görə, düşünülənlər alınmadı, "həmçinin, hər şeydən əvvəl, Ermənistanda daxili siyasət xarakterinin amilinə görə".

Vlasovun sözlərinə görə, hazırda Ermənistanda müxtəlif siyasi partiyalar - respublikaçılarla "Çiçəklənən Ermənistan" arasında çox çətin oyun gedir. Ermənistanda elə partiyalar var ki, onlar güzəştin mümkünlüyünü qətiyyətlə inkar edirlər, ən azından kompromisin müzakirəsinə daha meyilli olan adamlar da var.

"Rusiyanın 2012-ci il martın 4-dən sonra nə edəcəyi ilə bağlı hansısa gizli məna mövcuddur. Hesab edirəm ki, Putin üçün Qarabağ münaqişəsi Rusiyanın xarici siyasəti ilə bağlı olan bütün məsələlər kimi ilk prioritetlər sırasına daxildir. Ehtimal ki, hansısa bir dövr olmayacaq, çünki yeni prezident hər şeydən əvvəl daxili işlərlə məşğul olmağa məcburdur", - Vlasov deyib.

Onun sözlərinə görə, 2013-cü ildə isə Azərbaycanda və Ermənistanda prezident seçkiləri keçiriləcək.

"Heç kim bir il ərzində nizamlanmanın mümkün olduğunu söyləmir. Amma ölü nöqtədən tərpənmək - bu, vasitəçi kimi Rusiyanın mövqeyindən əhəmiyyətlidir", - politoloq qeyd edib.

Xəbər lenti

Xəbər lenti