Azərbaycan, Bakı, 21 fevral / Trend müxbir K.Zərbalıyeva/
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə - 3 hərbi əsirə və 5 mülki şəxsdən ibarət ailəyə baş çəkiblər.
BQXK-nın Azərbaycan nümayəndəliyindən Trend-ə verilən məlumata görə, başçəkmə zamanı saxlanılanlara 7 "Qızıl Xaç" məktubu çatdırılıb, ailədən isə 3 "Qızıl Xaç" məktubu alınıb.
Azərbaycanda hazırda 3 erməni hərbi əsir, bir ailənin 5 üzvü saxlanılır.
Ermənistanda isə 1 hərbi əsir saxlanılır. Milli Ordunun kişik çavuşu Axundzadə Məmmədbağır Talıb oğlu bu ilin yanvarında əsir düşüb.