...

İstanbulun Taksim Meydanında Xocalı soyqırımı ilə bağlı yürüş-mitinq başlayıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2012 15:47 (UTC +04:00)
Fevralın 26-da İstanbuldakı Taksim Meydanında "Hamımız xocalılıyıq, hamımız qarabağlıyıq" adlı yürüş-mitinq başlayıb.
İstanbulun Taksim Meydanında Xocalı soyqırımı ilə bağlı yürüş-mitinq başlayıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:36-da yayılıb)

Türkiyə, İstanbul, 26 fevral /Trend, müxbir R.Hafizoğlu, K.Zərbalıyeva/

Fevralın 26-da İstanbuldakı Taksim Meydanında "Hamımız xocalılıyıq, hamımız qarabağlıyıq" adlı yürüş-mitinq başladı.

Trend-in İstanbula ezam olunmuş əməkdaşlarının məlumatına görə, əvvəlcə "Qalatasaray" liseyinden meydana "ədalət yürüşü" keçirilib, sonra Taksim Meydanında mitinq başlayıb. Yürüş zamanı türk marşları və "Qarabağ bizimdir, bizim olacaq" şüarları səsləndirilib.

Türkiyə Böyük Millət Məclisinin üzvləri, siyasi partiya nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri və qardaş ölkə ictimaiyyətinin qatıldığı aksiyada Azərbaycandan gələn minlərlə vətəndaşlar da iştirak edir.

Türkiyəyə səfər edən Azərbaycan nümayəndə heyətinin tərkibinə Milli Məclisin üzvləri, diaspor təşkilatları və QHT rəhbərləri daxildir.

Yürüş-mitinqdə Azərbaycan və Türkiyə bayraqları tutan insanlar "Qarabağa dəstək", "Hamımız xocalılıyıq, hamımız qarabağlıyıq!", "Vətən bölünməz, şəhid ölməz", "Erməni yalanlarına səssiz qalmayaq" şüarları səsləndirirlər.

Yürüş-mitinqlə bağlı şəhər polisi gücləndirilmiş iş rejiminə keçib, təhlükəsizlik tədbirləri görüb.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.

Xəbər lenti

Xəbər lenti