...

ABŞ-ın Kaliforniya ştatında Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Fevral 2012 11:33 (UTC +04:00)
ABŞ-ın Kaliforniya ştatında Xocalı soyqırımından bəhs edən "Qaçqın Anar Usubovun həyat hekayəsi" filmi yerli telekanallarda nümayiş etdirilib.
ABŞ-ın Kaliforniya ştatında Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilib

Azərbaycan, Bakı, 28 fevral / Trend/

ABŞ-ın Kaliforniya ştatında Xocalı soyqırımından bəhs edən "Qaçqın Anar Usubovun həyat hekayəsi" filmi yerli telekanallarda nümayiş etdirilib.

Azərbaycan Respublikasının Los Anceles şəhərindəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, Kaliforniya ştatında Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar ABŞ ictimaiyyətini Qarabağ münaqişəsi, münaqişə nəticəsində qaçqın düşmüş insanların mübarizəsi, xüsusilə Xocalı soyqırımından bəhs edən "Qaçqın Anar Usubovun həyat hekayəsi" filmi yerli ictimai kanallarda nümayiş etdirilib.

Xocalı soyqırımını Xocalıdan olan Anar Usubovun gözləri ilə təsvir edən bu film Şimali Kaliforniyanın San Fransisko, San Xose, Kampbel, Maunteyn Vyu, Los Altos, Palo Alto, Palo Alto və bir sıra digər şəhərlərindəki yerli ictimai kanalların müxtəlif tezliklərində fevral ayının 16-dan mütəmadi olaraq 25 dəfədən artıq yayımlanacaq.

Qeyd edək ki, Xocalı soyqırımından bəhs edən 1 saatlıq film həmçinin yerli ictimai kanalların internet səhifələrində də canlı yayımlanıb və hal-hazırda yayımlanır.

"Qaçqın Anar Usubovun həyat hekayəsi" filminin Şimali Kaliforniyadakı şəhərlərin ictimai kanallarında yayımlanması San Fransiskoda yaşayan azərbaycanlılar, xüsusilə isə soydaşımız Zərifə Musayevanın təşkilatçılığı ilə baş tutub.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.

Xəbər lenti

Xəbər lenti