...

Macarıstan parlamentinin deputatları Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı bəyanatla çıxış ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Fevral 2012 14:08 (UTC +04:00)
Macarıstan parlamentinin bir qrup deputatı Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə bəyanatla çıxış ediblər
Macarıstan parlamentinin deputatları Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı bəyanatla çıxış ediblər

Azərbaycan, Bakı, 28 feavral /Trend, müxbir E.Mehdiyev/

Macarıstan parlamentinin bir qrup deputatı Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə bəyanatla çıxış ediblər.

Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə daxil olan məlumata görə, bəyanatı Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, parlamentin beynəlxalq işlər komissiyasının sədr müavini Marton Dendeşi imzalayıb.

Bəyanatda Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüz, ermənilərin Xocalıda dinc əhaliyə qarşı qətliyam haqqında geniş məlumat öz əksini tapıb.

"Beynəlxalq hüquq normalarına əsasən, Ermənistan etnik təmizləmə aparmaqla cinayət törədib. Bu erməni təcavüzü BMT Təhlükəsizlik Şurasını 1993-cü ildə dörd qətnamə qəbul etməyə vadar edib ki, bu qətnamələrdə beynəlxalq hüquq normalarının daim pozulması pislənir, münaqişənin qısa zamanda sülh yolu ilə həll olunması üçün Ermənistandan öz qoşunlarını qeyd-şərtsiz işğal altında olan ərazilərdən çıxarmaq tələb olunur. O vaxt dünya mətbuatı beynəlxalq hüquq normalarına görə soyqırımı anlayışına tam uyğun gələn, ermənilər tərəfindən törədilmiş bu cinayəti geniş işıqlandırıb. Lakin bu günə kimi ciddi dəyişiklik baş verməyib. Dünya ictimaiyyətinin digər soyqırımı hallarından fərqli olaraq Azərbaycan xalqının başına gələn faciəni yada salmaması, bir milyondan artıq azərbaycanlının problemlərinin hələ də həll olunmamasına diqqət yetirməməsi ədalətsizlikdir. Biz Azərbaycana ədalətli münasibət tələb edirik" bəyanatda deyilir.

Xəbər lenti

Xəbər lenti