...

Səməd Seyidov: Azərbaycanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo qane etmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Mart 2012 12:53 (UTC +04:00)
Azərbaycanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo qane etmir və Minsk qrupunun həmsədrləri bunu nəzərə almalıdırlar.
Səməd Seyidov: Azərbaycanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo qane etmir

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo qane etmir və Minsk qrupunun həmsədrləri bunu nəzərə almalıdırlar. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov deyib.

"Həmsədrlərlə bağlı biz mövqeyimizi dəfələrlə bildirmişik. Biz Azərbaycan tərəfi olaraq, heç vaxt hər hansı danışıqlardan imtina etməmişik. Əksinə, biz danışıqların aparılmasının və daha da aktivləşdirilməsinin tərəfdarıyıq. Status-kvo bizi qane etmir. Sadəcə, status-kvonu saxlamaq niyyətində olan Ermənistan tərəfidir. Azərbaycan danışıqlarda iştirak edən bütün tərəflərə və danışıqları təşkil edən ATƏT-in Minsk qrupu həmsədrlərinə bu məsələlərə daha diqqətlə yanaşması, daha da konkret olan məsələlərin gündəmə gətirilməsi ilə bağlı təkliflər verir. Biz ststus-kvonun dəyişdirilməsinin tərəfdarıyıq. Azərbaycan torpaqlarının işğaldan azad olunması beynəlxalq qanunların tələbləridir", - Seyidov deyib.

Deputat əminliklə bildirib ki, son hadisələr və ümumiyyətlə Azərbaycanın son inkişafı, dünya siyasi arenasında və regionda söz sahibinə çevrilməsi danışıqlara öz təsirini mütləq göstərəcək.

"Minsk qrupu həmsədrləri də bunu çox yaxşı bilirlər. Əminəm ki, həmsədrlər bundan nəticə çıxaracaqlar və Azərbaycanın torpaqlarının işğaldan azad olunması məsələsini biz ən yüksək səviyyədə müzakirə edərək həll edəcəyik", - Seyidov əlavə edib.

Xəbər lenti

Xəbər lenti