...

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında status-kvo davam edə bilməz - Almaniya XİN-in rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Mart 2012 14:01 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında status-kvo davam edə bilməz.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında status-kvo davam edə bilməz - Almaniya XİN-in rəhbəri

Azərbaycan, Bakı, 16 mart /Trend/

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında status-kvo davam edə bilməz. Trend-in "Armeni Today"-ə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü regional səfər çərçivəsində Ermənistana gələn Almaniyanın xarici işlər naziri Qido Vestervelle Yerevanda keçirilən mətbuat konfransında bildirib.

Vestervellenin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması regionun bütün ölkələrinə fayda verəcək. O, ATƏT-in Minsk qrupu çərçivəsində nizamlanmanın kompromisli variantının tapılmasının vacibliyini qeyd edib.

"Əlbəttə, Bakıya səfərimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını ətraflı müzakirə etmək imkanı kimi istifadə etdim. Yenə qeyd etmək istəyirəm ki, Almaniya hökuməti ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyinetmə prinspiləri arasında tarazlığın tapılmasının tərəfdarıdır. Biz mövcud münaqişənin sülh yolu ilə həll edilməsinə çalışırıq və bu istiqamətdə işləyirik", - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti