Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir M.Əliyev/
Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi "seçkilər" sülhyaratma proseslərinə mənfi təsir göstərir. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
"Dağlıq Qarabağda heç kim tərəfindən tanınmamış qondarma bir rejim, orada keçirilən hər hansı tədbir, o cümlədən siyasi aksiya qeyri-qanuni olmaqla bərabər, sülhyaratma proseslərinə mənfi təsir göstərir. Biz bununla əlaqədar ATƏT-ə və digər beynəlxalq təşkilatlara öz haqq səsimizi çatdırmışıq. Xarici dövlətlər də, ATƏT-in Minsk qrupunun üzvləri də hər zaman bu kimi addımları birmənalı olaraq pisləyiblər", - Həsənov əlavə edib.
Qeyd edək ki, yay aylarında Dağlıq Qarabağın qondarma rejimi "prezident seçkisi" keçirmək niyyətindədir.
Prezident Administrasiyası: Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi "seçkilər" sülhyaratma proseslərinə mənfi təsir göstərir
Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi "seçkilər" sülhyaratma proseslərinə mənfi təsir göstərir.
