...

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Aprel 2012 10:05 (UTC +04:00)
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib

Azərbaycan, Bakı, 4 aprel / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 3-də saat 14:30-dan 14:35-dək Ermənistanın Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, saat 19:05-dən 19:10-dək Ermənistan Respublikasının Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 21:45-dən 21:55-dək və 22:40-dan 23:00-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Düşmən hərbiçilər aprelin 3-də saat 12:55-dən 13:15-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 13:30-dan 13:40-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 09:45-dən 09:50-dək, aprelin 4-də 00:50-dən 01:00-dək və 00:30-dan 00:40-dək Ağdam rayonunun Yusifcanlı və Şirvanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 00:10-dan 00:15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti