...

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Ermənistan tərəfinin növbəti təxribatına cavab verib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Aprel 2012 10:40 (UTC +04:00)
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev baş katib Pan Gi Munun adına məktub ünvanlayıb.
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Ermənistan tərəfinin növbəti təxribatına cavab verib

Azərbaycan, Bakı, 17 aprel / Trend, müxbir E.Əliyev /

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev baş katib Pan Gi Munun adına məktub ünvanlayıb. Bu barədə Trend-ə çərşənbə axşamı Daimi Nümayəndəlikdən bildirilib.

Mehdiyev öz məktubunda Ermənistan nümayəndəsinin "2012-ci il fevralın 17-də erməni silahlı qüvvələrinin Xocalı şəhərinin azərbaycanlı sakinlərinə tutduğu qanlı qətliamın 20 illiyi münasibətilə yazdığı forma və məzmunca həyasızcasına" yazılmış məktubuna cavab verib.

"Aydındır ki, Ermənistanın daimi nümayəndəsinin özü kimi, onun məktubunun məzmunu erməni tərəfinin dünyaya və insanlığa qarşı törətdiyi cinayətin gedişatında öz günahını və məsuliyyətini inkar etməyə çalışdığını göstərən saxtalaşdırmanın növbəti nümunəsidir", - məktubda deyilir.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi öz məktubunda qeyd edir ki, Ermənistanın daimi nümayəndəsi öz məktubunda təkcə faciənin şahidlərinin və xarici jurnalistlərin, hüquq müdafiəçiləri və nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən aparılan müstəqil araşdırmaların nəticələrinin deyil, həmçinin Ermənistan Prezidenti Serj Sarkisyanın britaniyalı jurnalist Tomas de Vaala müsahibəsinin də üstündən sükutla keçir.

"Ermənistan Prezidentinin yalnız heç nədə günahı olmayan insanların kütləvi qətli haqqında abırsızcasına danışması deyil, öz vəzifə səlahiyyətinə görə qərar və hərəkətlərinin hüdudlarını aydın təqdim etməyə borclu olan şəxs üçün üzrlü olmayan təhsildəki aşkar boşluqlar da diqqəti özünə cəlb edir", - məktubda deyilir.

Mehdiyev münaqişənin gedişində azərbaycanlılara qarşı törədilən Xocalı və başqa ağır cinayətlərin Ermənistanın əbədi qurban kimi təsvir edildiyi soyqırım əfsanəsini darmadağın etdiyini xüsusilə qeyd edir.

"Biz qəti əminik ki, milli səviyyədə görülən ardıcıl ölçülər, həmçinin beynəlxalq cəmiyyətdə həyəcana səbəb olan ən ağır cinayətlərə görə məhkəmə təqibi və cəza üçün mövcud olan hüquqi əsaslar Azərbaycana qarşı Ermənistanın təcavüzünün gedişində törədilən cinayətlər üçün cəzasızlıqlara son qoymağa kömək edəcək", - daimi nümayəndə öz məktubunda bildirir.

Xəbər lenti

Xəbər lenti