...

Ermənistan Silahlı Qüvvələri beş istiqamətdə atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Aprel 2012 10:02 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələri beş istiqamətdə atəşkəs rejimini pozub.
Ermənistan Silahlı Qüvvələri beş istiqamətdə atəşkəsi pozub

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Ermənistan Silahlı Qüvvələri beş istiqamətdə atəşkəs rejimini pozub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 17-də saat 18:45-dən 18:50-dək və 22:25-dən 22:30-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Cəfərli kəndlərində yerləşən mövqelərimizi, saat 13:05-dən 13:25-dək Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, aprelin 18-də saat 01:00-dan 01:10-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 05:50-dən 06:00-dək Ağdam rayonunun Şuraabad kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti