...

Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Aprel 2012 20:22 (UTC +04:00)
Elmar Məmmədyarov Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə görüş keçirib.
Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə görüş keçirib.

XİN-in mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinin hazırkı durumu ilə bağlı müzakirə və fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti