...

Minsk qrupunun həmsədrləri atəşkəs rejiminin pozulması haqqında yayılan xəbərlərdən narahatdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Aprel 2012 20:55 (UTC +04:00)
Robert Bradtke, İqor Popov və Jak For Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin pozulması və ölən və xəsarət alanlar barədə bu yaxınlarda yayılan məlumatlardan dərin narahatlıq keçirirlər
Minsk qrupunun həmsədrləri atəşkəs rejiminin pozulması haqqında yayılan xəbərlərdən narahatdır

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir E.Tariverdiyeva/

ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri Robert Bradtke, İqor Popov və Jak For Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin pozulması və ölən və xəsarət alanlar barədə bu yaxınlarda yayılan məlumatlardan dərin narahatlıq keçirirlər. Trend-in məlumatına görə, bu barədə cümə günü təşkilatın saytındakı məlumatda deyilir.

"Belə mənasız insidentlər tərəflərin güc tətbiq etməkdən çəkinmək və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına çalışmaq haqqında öhdəliklərini pozur, həmçinin Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin 2012-ci il 23 yanvar tarixli birgə bəyanatının mahiyyətinə ziddir", - Minsk qrupunun bəyanatında deyilir.

"Həmsədrlər istənilən ölüm hallarını pisləyir və bir daha bəyan edir ki, münaqişənin həllində sülh danışıqlarına alternativ yoxdur. Həmsədrlər bütün tərəfləri 1994-cü ildə atəşkəs haqqında sazişə hörmət etməyə və gələcəkdə eskalasiyaya gətirib çıxaracaq cavab tədbirlərindən çəkinməyə çağırır", - bəyanatda bildirilir.

Xəbər lenti

Xəbər lenti