Azərbaycan, Bakı, 30 aprel / Trend müxbir K.Zərbalıyeva/
ATƏT-in qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Qızılhacılı kəndi yaxınlığındakı təmas xəttində keçirilən monitorinq baş tutub.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru Piter Ki, şəxsi köməkçi Uilyam Prayor keçiriblər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçiriblər.
Qeyd edək ki, cəbhə xəttində atəşkəs rejimi son günlər intensiv şəkildə pozulur.