Azərbaycan, Bakı, 8 may /Trend/
Azərbaycanın Serbiyadakı səfırliyində Şuşa şəhərinin işğalının 20-ci ildönümü ilə bağlı tədbir keçirilib.
Səfirlikdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, tədbirdə Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının rəhbərliyi və üzvləri, Serbiyada yaşayan Azərbaycan icmasının üzvləri və təhsil alan azərbaycanlı tələbələr, Serbiya ictimaiyyəti, KİV və Belqrad şəhərinin müsəlman icmasının nümayəndələri iştirak ediblər.
Səfırliyin müşaviri Qabil Köçərli tədbirdə çıxış edərək, erməni millətçilərinin vaxtaşırı dövlətimizə və xalqımıza qarşı ərazi iddiaları irəli sürərək həyata keçirdikləri vəhşiliklərdən danışıb, "böyük Ermənistan" yaratmaq xəyalları ilə yaşayan erməni millətçilərinin davamlı olaraq dəhşətli cinayətlərə əl ataraq xalqımıza qarşı terror və soyqırım siyasəti yürütməsindən bəhs edib.
O, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 20 mindən artıq azərbaycanlının həlak olduğunu, 50 min nəfərin yaralanaraq və müxtəlif dərəcəli xəsarətlər alaraq əlil olduğunu, 4.500 nəfər soydaşımızın itkin düşdüyünü, qadın, qoca və uşaqların ermənilər tərəfındən əsir və girov götürüldüyünü və amansız işgəncələrə məruz qaldığını, Ermənistanın təcavüzü nəticəsində bir milyon azərbaycanlının öz ata-baba yurdlarından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrildiyini, Azərbaycanın ayrılmaz, əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfındən işğal olunduğunu qeyd edərək, bu işğalçılıq siyasətinin tərkib hissəsini təşkil edən, beynəlxalq hüququn norma və prinsiplərinin kobudcasına pozulması ilə nəticələnən, Azərbaycanın tarixən mədəniyyət beşiyi sayılan, dünyaya xalqımızın zəngin mədəni irsini tanıtdıran görkəmli şəxsiyyətlər, yazıçılar, şairlər, musiqiçilər bəxş etmiş Şuşa şəhərinin işğal olunmasından danışıb.
Köçərli 1992-ci il mayın 8-də Şuşa şəhərinin Ermənistan silahlı qüwələri tərəfindən işğalından iyirmi il ötdüyünü qeyd edərək, bu dövr ərzində beş minə уахın eksponatı olan Şuşa tarix muzeyinin, Dövlət xalça muzeyinin filialının, Qarabağ dövlət tarix, xalq tətbiqi sənət və diyarşünaslıq muzeylərinin, həmçinin Xan qızı Xurşidbanu Natəvanın sarayının, Ağabəyim Ağanın qəsrinin, Qarabağ xanlığı kompleksinin, İbrahim Xəlil xanın mədrəsəsinin, Şuşa yaxınlığındakı Ağoğlan məbədinin, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, digər tarixi və mədəniyyət ocaqlarının, rəsm qalereyalarının ekspozisiyalarının erməni quldurları tərəfındən dağıdıldığını, talan olunduğunu, kitabxanaların yandırıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbir iştirakçılan erməni terrorçuları və onların havadarlarının tezliklə cinayət məsuliyyətinə cəlb edilməsinin, beynəlxalq təşkilatların uzun illər boyu davam edən və münaqişənin həllinə yönəlmiş səylərinin beynəlxalq hüququn dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı norma və prinsiplərinə uyğun həyata keçirilməsinin, monoetnik dövlətə çevrilmiş Ermənistanın işğalçı, təcavüzkar etnik təmizləmə siyasətindən, ərazi iddialarından əl çəkərək, qəbul edilmiş mühüm sənədlərin müddəalarını yerinə yetirməsinin, ölkəmizin ərazi bütövlüyünün, azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpa edilməsinin, onların öz doğma yurd-yuvalarına qayıtmasının, əsir və girovların azad olunmasının vacibliyini vurğulayıblar.
Daha sonra tədbir iştirakçıları Şuşanın işğalı və erməni silahlılarının vəhşiliklərini əks etdirən sənədli fılmə baxıb və onlar Azərbaycan Respublikasının Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfındən işğal edilməsinin 20 illiyi ilə əlaqədar Avropa Parlamentinə, Avropa Şurasının Parlament Assambleyasına və dünya parlamentlərinə Azərbaycan Respublikası Milli Məclisinin müraciəti və Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkilinin (ombudsman) Şuşanm işğalının 20-ci ildönümü ilə əlaqədar bəyanatının mətnləri ilə tanış ediliblər.
Həmçinin, yuxarıda qeyd olunan müraciət və bəyanatın mətnləri Serbiyanın dövlət və hökumət orqanlarına, parlamentinə, qeyri-hökumət təşkilatlarına, Serbiyada fəaliyyət göstərən səfırlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə göndərilib.