...

NATO-nun Dağlıq Qarabağa dair Çikaqo bəyanatı daha bir beynəlxalq təşkilatın Azərbaycanı dəstəklədiyini təsdiqləyir – XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 May 2012 15:07 (UTC +04:00)
NATO-nun Çikaqo sammitində Dağlıq Qarabağa dair verdiyi bəyanat daha bir beynəlxalq təşkilatın Azərbaycanı dəstəklədiyini təsdiqləyir.
NATO-nun Dağlıq Qarabağa dair Çikaqo bəyanatı daha bir beynəlxalq təşkilatın Azərbaycanı dəstəklədiyini təsdiqləyir – XİN

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir S.Ağayeva/

NATO-nun Çikaqo sammitində Dağlıq Qarabağa dair verdiyi bəyanat daha bir beynəlxalq təşkilatın Azərbaycanı dəstəklədiyini təsdiqləyir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.

"Bəyanatı iri beynəlxalq oyunçuların imzalaması Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın haqq işinin ciddi şəkildə dəstəklənməsindən xəbər verir", - Abdullayev deyib.

Onun sözlərinə görə, bəyanatın 47-ci paraqrafı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin dəstəkləndiyini göstərir.

NATO Cənubi Qafqazda və Moldovadakı həlli yubanan münaqişə tərəflərini bu regionlarda təhlükəsizlik və sabitliyi poza biləcək addımlardan qaçmağa çağırıb. Bu barədə Şimali Atlantika Alyansının Çikaqo sammitinin yekunları üzrə qəbul etdiyi bəyannamədə deyilir.

Bəyannamədə qeyd olunur ki, Cənubi Qafqazda və Moldovadakı həlli yubanan regional münaqişələr NATO-nun narahatlıq predmeti olaraq qalır.

"Biz Azərbaycanın, Ermənistanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin dəstəklənməsinə sadiq qalırıq və BMT-nin Nizamnaməsi və Yekun Helsinki sənədinə, bu prinsiplərə və beynəlxalq hüququn normalarına əsaslanan regional münaqişələrin sülh yolu ilə nizamlanmasına yönəldilmiş səyləri dəstəkləməkdə davam edirik", - bəyannamədə deyilir.

Xəbər lenti

Xəbər lenti