...

Aİ-nin ali komissarı Dağlıq Qarabağ münaqişəsi tərəflərini səbirli olmağa çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyun 2012 14:02 (UTC +04:00)
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun mətbuat katibi onun adından Azərbaycan və Ermənistan sərhədində baş verən silahlı insidentlərlə bağlı bəyanat verib.
Aİ-nin ali komissarı Dağlıq Qarabağ münaqişəsi tərəflərini səbirli olmağa çağırıb

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir A.Bədəlova/

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun mətbuat katibi onun adından Azərbaycan və Ermənistan sərhədində baş verən silahlı insidentlərlə bağlı bəyanat verib.

"Ali nümayəndə Azərbaycan və Ermənistan arasındakı sərhəddə və Dağlıq Qarabağ münaqişəsi zonasının təmas xəttində iyunun 4, 5 və 6-da baş verən ciddi silahlı insidentlər haqqında məlumatlardan çox narahat olub və insanların həlak olmasından çox təəssüflənir", - Trend-in məlumatına görə, bu barədə Aİ-nin şənbə günü yaydığı məlumatda deyilir.

Bəyanatda bildirilir ki, ali nümayəndə hər iki tərəfi atəşkəs rejiminə ciddi şəkildə əməl etməyə və yerlərdə səbirlilik nümayiş etdirməyə, eləcə də son bir neçə ay ərzində pisləşən vəziyyətin gələcəkdə gərginləşməməsi üçün bəyanatlar verməkdən çəkinməyə çağırıb.

Bəyanatda deyildiyi kimi, güc təhdidi və ya onun tətbiqinin təhdidi, həmçinin status-kvo münaqişələrin həllinə imkan yaratmır.

Bu insidentlər ATƏT-in təklif etdiyi insidentlərin araşdırılmasının fəaliyyət göstərən mexanizminin vacibliyini göstərir. Bundan başqa, onlar danışıqlar prosesində irəliləyişin əldə olunmasının mühümlüyünü göstərir.

Ali komissar tərəfdaş ölkələr kimi Ermənistan və Azərbaycanı sülh üçün əsas olan Madrid prinsipləri üzrə sazişə nail olmaq üzrə səylərini fəallaşdırmağa və bu ölkələrin prezidentlərinin ATƏT-in Minsk qrupu çərçivəsində üzərlərinə götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırır. Aİ bir daha ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin münaqişənin dinc yolla həllinə yönəlmiş səylərini tam dəstəklədiyini qeyd edir.

Xəbər lenti

Xəbər lenti