...

Cəbhədə atəşkəs növbəti dəfə pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 İyul 2012 10:00 (UTC +04:00)
Ermənistan silahlıları növbəti dəfə cəbhə xəttində atəşkəsi pozublar.
Cəbhədə atəşkəs növbəti dəfə pozulub

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Ermənistan silahlıları növbəti dəfə cəbhə xəttində atəşkəsi pozublar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistanın silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz; Ağdam rayonunun Baş Qərvənd, Şıxlar, Şirvanlı və Şurabad; Xocavənd rayonunun Kuropatkino; Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti