...

ATƏT-in qoşunlarının təmas xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Avqust 2012 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 avqust /Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqust 23-də Azərbaycan Respublikasının Ağdam rayonu Mirəşelli kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Antal Herdiç və ofisin əlaqələndiricisi Piter Ki, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, səhra köməkçisi Jiri Aberle və şəxsi köməkçi Uilyam Prayor keçiriblər.

Xəbər lenti

Xəbər lenti