...

Rumıniyanın sabiq prezidenti: ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli işini fəallaşdırmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Oktyabr 2012 16:04 (UTC +04:00)
ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli işini fəallaşdırmalıdır. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakıda jurnalistlərə Rumıniyanın keçmiş prezidenti Emil Konstantinesku deyib
Rumıniyanın sabiq prezidenti: ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli işini fəallaşdırmalıdır

Azərbaycan, Bakı, 5 oktyabr/Trend, müxbir M. Əliyev/

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli işini fəallaşdırmalıdır. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakıda jurnalistlərə Rumıniyanın keçmiş prezidenti Emil Konstantinesku deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi əhəmiyyətli və ağrılı məsələdir.

"Mövcud problemin tezliklə həll edilməsi üçün Minsk qrupunun fəaliyyətinin intensivləşdirilməsinə ehtiyac var" , - eks-perzident qeyd edib.

O həmçinin qeyd edib ki, Avropa İttifaqı (Aİ) ölkələri Dağlıq Qarabağ məsələsinin yaxın vaxtlarda həll edilməli olduğunu hesab edirlər.

"Biz Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində nizamlanmasının tərəfdarıyıq. Ümummilli lider Heydər Əliyev, həmçinin Prezident İlham Əliyevin münaqişənin sülh yolu ilə nizamlanmasına verdiyi töhfələri qiymətləndiririk" , - Konstantinesku qeyd edib.

O xüsusi ilə vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi həll edilməlidir, çünki məcburi köçkünlər problemi ciddi olaraq qalır.

Xəbər lenti

Xəbər lenti