...

Əli Həsənov: Ermənistan qonşu dövlətləri, onların ərazi bütövlüyünü təhdid edir, onlara qarşı ərazi iddiası ilə çıxış edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Noyabr 2012 11:14 (UTC +04:00)
Cənubi Qafqazda militarist siyasəti ilk növbədə Ermənistan həyata keçirir. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Ermənistan Prezidenti Serj Sarkisyanın ötən gün guya Azərbaycanın militaristləşməsi ilə bağlı verdiyi bəyanata münasibət bildirərkən deyib.
Əli Həsənov: Ermənistan qonşu dövlətləri, onların ərazi bütövlüyünü təhdid edir, onlara qarşı ərazi iddiası ilə çıxış edir

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir M.Əliyev/

Cənubi Qafqazda militarist siyasəti ilk növbədə Ermənistan həyata keçirir.

Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Ermənistan Prezidenti Serj Sarkisyanın ötən gün guya Azərbaycanın militaristləşməsi ilə bağlı verdiyi bəyanata münasibət bildirərkən deyib.

Həsənov bildirib ki, Ermənistan Dağlıq Qarabağı işğal edərək dünya hüququndan və beynəlxalq qurumların nəzarətindən kənar kütləvi silahlanma siyasətini yürüdür.

"Biz ATƏT və BMT çərçivəsində bəyan edirik ki, Dağlıq Qarabağın nəzarətdən kənar qalan ərazisində kütləvi silahlanma, bölgənin militaristləşdirilməsi, qeyri-qanuni narkotik dövriyyəsi faktları qeydə alınır. Ermənistan dövləti bütövlükdə getdikcə militaristləşir və aqressivləşir. Ermənistan öz silahları ilə qonşu dövlətləri, onların ərazi bütövlüyünü təhdid edir, onlara qarşı ərazi iddiası ilə çıxış edir", - PA rəsmisi deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti