Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir E.Tariverdiyeva/
ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri regiona səfər edirlər. Bu barədə Trend Ermənistan KİV-ə istinadən məlumat verir.
ABŞ, Rusiya və Fransadan olan həmsədrlər Robert Bradtke, İqor Popov və Jak For, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik işğal edilmiş Dağlıq Qarabağa səfər edib, separatçı hakimiyyətin nümayəndələri ilə görüşlər keçiriblər.