Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir R.Daraxşan/
Separatçı Dağlıq Qarabağda aeroportun açılışı məsələsi gələcəkdə etibarsızlıq atmosferinin gərginləşməsinə yol açır. Trend-in məlumatına görə, bunu ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Patrik Merfi mətbuat konfransında bəyan edib.
"Aeroportla bağlı nə olursa olsun, bu, bu ərazinin statusuna təsir edə bilməz", - o deyib.
Erməni jurnalistin Kosovo və Dağlıq Qarabağ münaqişələri arasında paralellərə dair sualına cavab olaraq Merfi bildirib ki, hər bir münaqişə başqalarından öz əhatəsi, əsas səbəbi, tarixi, beynəlxalq aktyorların iştirakı ilə fərqlənir və hər münaqişə fərdi həll edilməlidir.
Bir müddət əvvəl Azərbaycan Mülki Aviasiya Administrasiyasının rəhbəri Arif Məmmədov bildirib ki, Azərbaycan Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal etmiş Ermənistana öz hava məkanından istifadəni qadağan edib, heç kim bu ərazidə uçuşların təhlükəsizliyinə zəmanət verə bilməz.
Beynəlxalq Mülki Aviasiya Təşilatı (ICAO) və Avropa Mülki Aviasiya Konfransı (ECAC) da bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyir.