Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir A.Tağıyeva/
Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyondan artıq azərbaycanlı öz evlərindən qovulub. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə parlamentinin spikeri Cəmil Çiçək Beynəlxalq İnsan Hüquqları Gününün 64-cü ildönümü münasibətilə müraciətində bildirib.
Onun sözlərinə görə, işğal nəticəsində bir milyon azərbaycanlının hüquqları pozulub.
Spiker beynəlxalq ictimaiyyəti dünyada insan haqlarının pozulmasına diqqət yetirməyə çağırıb.