...

ABŞ Prezidenti Barak Obama Xocalı soyqırımı ilə bağlı bəyanat verə bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Fevral 2013 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir E.Mehdiyev/

Xocalı qətliamının tanınması məqsədilə Ağ Evin rəsmi veb səhifəsində yerləşdirilmiş petisiya üçün lazım olan səs artıq toplanıb. Trend-in məlumatına görə, petisiya üçün tələb olunan 100 min səs artıq toplanıb.

Qeyd edək ki, Ağ Evin rəsmi səhifəsində yer alan "Biz xalqıq" (We the People) bölməsində yerləşdirilmiş petisiya faciənin 21-ci ildönümü ərəfəsində Xocalı soyqırımı və onun qurbanlarının anılması və ABŞ Prezidentinin bununla bağlı bəyanat verməsi üçün imza toplanmasını nəzərdə tutur.

Yanvar 25-dən etibarən ərizə üçün səsvermələr açıq elan olunub və elektron imza toplamaq üçün "Biz xalqıq" kampaniyası çərçivəsində səsvermə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti