...

Avropa Şurasında Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2013 12:00 (UTC +04:00)
Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyi tərəfindən Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Avropa Şurasında Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyi tərəfindən Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyindən verilən Trend-ə məlumata əsasən, cari ilin 24 fevral tarixində nümayəndəlik tərəfindən Azərbaycan və Türk diaspor təşkilatlarının, Avropa Şurası yanında və Strasburqda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, Strasburq universitetində təhsil alan azərbaycanlı və əcnəbi tələbələrin, eləcə də Elzas regionunda yaşayan soydaşlarımızın iştirakı ilə XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Tədbirdə çixiş edən Daimi nümayəndə Emin Eyyubov ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı, insanlıq tarixinin ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımının əsl mahiyyəti barədə danışıb. Bu xüsusda, Heydər Əliyev Fondunun Azərbaycan həqiqətləri, o cümlədən Xocalı soyqırımı barədə dünya və Avropa ictimaiyyətinə ətraflı və düzgün məlumat vermək sahəsində apardığı işləri diqqətə çatdırılıb, "Xocalıya Ədalət" kampaniyasının əhəmiyyəti xüsusi qeyd olunub.

Daimi nümayəndə habelə, Xocalı soyqırımının bir çox dövlətlər tərəfindən tanındığını diqqətə çatdırmış və bu istiqamətdə səylərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Mərasim boyu Xocalı soyqırımına dair fotostend və film nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti