...

Nalbandyanın Moskvaya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Aprel 2013 16:36 (UTC +04:00)
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Moskvaya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması daxil olmaqla, Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin təmin edilməsi məsələlərinin müzakirə olunacağı gözlənilir.
Nalbandyanın Moskvaya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir E.Tariverdiyeva/

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Moskvaya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması daxil olmaqla, Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin təmin edilməsi məsələlərinin müzakirə olunacağı gözlənilir. Trend-in məlumatına görə, bu barədə Rusiya XİN-in nümayəndəsi Aleksandr Lukaşeviç "RİA Novosti" agentliyinə müsahibəsində bildirib.

"Regional səviyyədə Yerevanla xarici siyasi fəaliyyətin sıx koordinasiyası regionda siyasi vəziyyətin yaxşılaşdırılmasına kömək edir", - Lukaşeviç Nalbandyanın Rusiyaya qarşıdakı rəsmi səfəri ilə bağlı deyib.

Onun sözlərinə görə, Rusiya XİN rəhbəri Sergey Lavrovla danışıqlar zamanı ikitərəfli əməkdaşlıq, beynəlxalq və regional siyasət məsələlərinin geniş müzakirə olunacağı planlaşdırılır.

Ermənistan nümayəndə heyətinin Rusiya Federasiyasının Federasiya Şurası və Federal Məclisinin Dövlət Duması rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.

Onun sözlərinə görə, Nalbandyan Rusiya Diplomatik Akademiyasının professor-müəllim heyəti və tələbələri qarşısında çıxış edəcək.

"Yüksək səviyyədə intensiv dialoqla yanaşı, Rusiya və Ermənistan arasında idarələrarası və parlamentlərarası münasibətlər aktivdir. İkitərəfli normativ-hüquqi baza təkmilləşdirilir, - Lukaşeviç bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti