...

Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində təxribatı davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 May 2013 09:27 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində təxribatı davam edir.
Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində təxribatı davam edir

Azərbaycan, Bakı, 3 may /Trend/

Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində təxribatı davam edir.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnosesk rayonunun Cil kəndində və Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy və Qazax rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun işğal olunmuş Aşağı Seyidəhmədli, Horadiz, Ağdam rayonunun Novruzlu və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti