...

Azərbaycan əraziləri Ermənistan tərəfindən atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 May 2013 10:29 (UTC +04:00)
Cəbhə xəttində Azərbaycan bölmələrinin mövqeləri ermənilər tərəfindən atəşə tutulub.
Azərbaycan əraziləri Ermənistan tərəfindən atəşə tutulub

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İ.İzzət/

Cəbhə xəttində Azərbaycan bölmələrinin mövqeləri ermənilər tərəfindən atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Kəngərli, Şıxlar və Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti