...

Helsinkidə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 May 2013 04:09 (UTC +04:00)
Bakıda Madrid Klubu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Cənubi Qafqaz Forumunun yekunları ilə əlaqədar Helsinkidə bir sıra görüşlər keçirilib.
Helsinkidə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Azərbaycan, Bakı, 28 may /Trend/

Bakıda Madrid Klubu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Cənubi Qafqaz Forumunun yekunları ilə əlaqədar Helsinkidə bir sıra görüşlər keçirilib.

Trend-in məlumatına görə, görüşlərdə Finlandiyanın sabiq Prezidenti xanım Tarja Halonen Forumun Azərbaycanda keçirilməsini ölkəmizin regiondakı əhəmiyyətli rolunun göstərici kimi dəyərləndirib.

Görüşlərdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub. Tarja Halonen və ATƏT-in Minsk qrupunun ilk sədri Heyki Talvitie münaqişəyə dünya ictimaiyyətinin daha çox diqqət ayırmasının vacibliyini vurğulayıblar.

Finlandiyanın mədəniyyət məsələləri üzrə Ombudsmanı xanım İmi Villacis ilə keçirilən görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Finlandiya İnstitutu ilə əməkdaşlığı razılaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti