...

Azərbaycan və Ermənistan Dağlıq Qarabağ üzrə danışıqların növbəti raundu barədə razılığa gələ bilmədilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyun 2013 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyun /Trend/

ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar aparmasını təşkil edə bilməyib.

Trend-in məlumatına görə, Minsk qrupuna daxil olan ölkələrdən birinin nümayəndə heyətindəki diplomatik mənbə İTAR-TASS-a bildirib ki, iyunun 12-də Zalsburqda planlaşdırılmış danışıqların növbəti raundu baş tutmayacaq.

Onun proqnozuna əsasən, indi hər hansı görüş barədə yalnız yayın sonundan tez olmamaqla payızın əvvəlində danışmaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti