...

Litva Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini stimullaşdırmağa çalışacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyun 2013 18:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir S.Ağayeva/

Litva Avropa İttifaqının (Aİ) münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin həllində daha ciddi, dərin və əhəmiyyətli yer tutmasının həmişə tərəfdarı olub və indi də bu mövqedən çıxış edir. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakıda jurnalistlərə Litvanın "Şərq tərəfdaşlığı" üzrə səfiri Vaydotas Verba deyib.

Diplomat qeyd edib ki, Aİ qonşu ölkələrdə baş verənlərə laqeyd qalmamalıdır: "Və biz Aİ-də sədr kimi bizdən asılı olan hər şeyi edəcəyik. Biz prosesi stimullaşdıracağıq, bu məsələdə katalizator olacağıq və bu münaqişənin həllinə gətirə biləcək addımlar atacağıq".

Onun sözlərinə görə, noyabr ayında Vilnüsdə "Şərq tərəfdaşlığı" sammitində Dağlıq Qarabağ münaqişəsi üzrə mövqenin əks olunacağı bəyannamə qəbul oluna bilər: "Belə bir bəyannamə qəbul olunsa, bu, Litvanın xidməti olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti