...

Erməni silahlıları mövqelərimizi atəşə tutublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 İyul 2013 09:47 (UTC +04:00)
Erməni sialhlı bölmələri mövqelərimizi bir neçə istiqamətdən atəşə tutublar.
Erməni silahlıları mövqelərimizi atəşə tutublar

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Erməni sialhlı bölmələri mövqelərimizi bir neçə istiqamətdən atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Şirvanlı, Şıxlar, Cəvahirli, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Aşağı Veysəlli, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti