Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İ.İzzət/
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.
Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir
Düşmən cavab atəşi ilə susdurulub.
