...

Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin həllinin ölü nöqtədən tərpənməsi üçün Ermənistan silahlıları işğal olunmuş ərazilərdən çıxarılmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 İyul 2013 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir S.Əhmədova/

Dağlıq Qarabağ münaqişəsinin həllinin ölü nöqtədən tərpənməsi üçün ilk növbədə Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti, keçirdiyi son görüşlər barədə məlumat verib və bu münaqişənin ədalətli həlli perspektivləri ilə bağlı ölkəmizin haqlı mövqeyini Avropa İttifaqı rəsmilərinin diqqətinə bir daha çatdırıb.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həllinin regionun inkişafına verə biləcəyi töhfələr barədə də ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə F.Lefort regiona son səfəri, eləcə də rəsmilərlə keçirdiyi görüşlər barədə məlumat verib. Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Aİ-nin regionun inkişafında, sabitliyin qorunub saxlanılmasında maraqlı olduğunu, Azərbaycanla ikitərəfli formatda müxtəlif sahələrdə əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti