...

Cəbhə xəttində atəşkəs yenidən pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Avqust 2013 09:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust /Trend/

Erməni silahlıları cəbhə xəttində bir neçə istiqamətdə atəşkəs rejimini pozub.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Tərtər rayonunun Çaylı, Çiləbürt kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti