...

Erməni silahlı bölmələri 8 istiqamətdə atəşkəsi pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Sentyabr 2013 09:53 (UTC +04:00)
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Erməni silahlı bölmələri 8 istiqamətdə atəşkəsi pozublar

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir İ.İzzət/

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.

Həmçinin, Xocavənd rayonunun Kuropatkino, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti