Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir S.Ağayeva/
Daha əvvəl Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqlarına qeyri-qanuni yolla səfər etdiklərinə görə Azərbaycan XİN-in "arzuolunmaz şəxslər" siyahısına daxil edilən dörd xarici vətəndaşın adı həmin siyahıdan çıxarılıb.
Trend-in məlumatına görə, "arzuolunmaz şəxslər" siyahısından Rusiya Federasiyası Dövlət Dumasının deputatı Aleksey Mirtofanov, "Amerikanın Səsi"nin Moskva bürosunun rəhbəri Ceyms Bruk, Cons Hopkins Universitetinin tələbələri İvan Benoviç və Nikolas Bondranın adları kənar edilib.
Bu şəxslərin adları onların Azərbaycan tərəfinə bu səfərlərə görə təəssüfləndiklərini ifadə etdikləri, Azərbaycanın ərazi bütövlüyünü tanımalarının vurğulaması və öz soyadlarını göstərilən siyahıdan silinməsi barədə müraciətlərindən sonra çıxarılıb.