...

Ermənistan tərəfi cəbhə xəttində atəşkəs rejiminə əməl etmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Sentyabr 2013 10:02 (UTC +04:00)
Azərbaycan əraziləri Ermənistan tərəfindən atəşə tutulub.
Ermənistan tərəfi cəbhə xəttində atəşkəs rejiminə əməl etmir

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycan əraziləri Ermənistan tərəfindən atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında və Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti